BNA: Bakıda Sakit Qocayev küçəsində yaranan tıxacların səbəbi, ictimai iaşə obyektləridir

15:55 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərəkətinin təşkili ilə bağlı məsələləri təhlil edib.

BNA-nin məlumatında deyilir ki, araşdırma nəticəsində, yol infrastrukturunun təkmilləşdirilməsi və yolda lazımi şəraitin yaradılması üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac olduğunu müəyyən etmişdir.

“Vəziyyətin təhlili zamanı aşkar edilmişdir ki, küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələri qanunsuz park edilir. 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlama xətləri standartlara uyğun təşkil edilməyib. Yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan təlafatı ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Sakit Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni svetofor obyektlərinin quraşdırılması, piyada keçidləri, pandusların  və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.

 

 

 

 

 

Вся лента