ESET şirkəti Azərbaycan üzrə kiber təhdidlərinin dekabr ayı üçün reytinqini təqdim edir

16:55 - 17.01.2018


ESET şirkəti 2017-ci ilin dekabr ayı üzrə Azərbaycanda zərərverici proqram təminatlarının aktivliyi barədə hesabatı təqdim edir.

Hesabat ESET LiveGrid bulud sisteminin köməyi ilə tərtib edilmişdir.

 

Dekabr ayı ərzində ESET və Microsoft şirkətləri, ABŞ-ın Federal Təhqiqatlar Bürosu, İnterpol və Evropol kimi hüquq mühafizə qurumlarının birgə səyləri nəticəsində 2011-ci ildən fəaliyyət göstərən Gamarue (Andromeda) botnetlər şəbəkəsi zərərsizləşdirilmişdir. Aparılan əməliyyat nəticəsində 464 müstəqil botnetdən ibarət olan, hər ay 1,1 milyon kompyuteri yoluxduran kompleks məhv edilmişdir.

 

Bundan başqa, dekabr ayında ESET şirkətinin viruslar labaratoriyası “Fancy Bear” kiber qrupunun fəaliyyəti haqqında hesabat hazırlamışdır. Qeyd etmək vacibdir ki, qrupun əsas zərərverici proqramı olan backdoor Xagent’in yeni versiyası ekspertlər tərəfindən aşkar edilmişdir. ESET mütəxəssisləri hesab edir ki, 2018-ci ildə Fancy Bear xakerləri olduqca aktiv olacaq.

 

Azərbaycan üzrə kiber təhdidlərin reytinqinə istifadəçinin xəbəri olmadan kriptovalyuta hasilatını həyata keçirən brauzer mayneri JS/ CoinMiner başçılıq edir. Mayninq sriptləri zərərverici sayt və ya xakerlərlərin ələ keçirtiyi qanuni səhifə və saytlarda yerləşdirilir. Reklam xarakterli proqram təminatı həmçinin reytinqdə yüksək mövqelərini qoruyub saxlayır.

 

Qlobal təhdidlərin siyahısına həmçinin JS/CoinMiner başçılıq edir. İstifadəçiləri zərəverici proqram təminatını daşıyan saytlara yönləndirən troyan proqramlar sinifinə aid olan  JS/Redirector pozitiv dinamikasını qoruyub saxlaya bilir.

 

Dekabr ayı ərzində Azərbaycandakı ESET NOD32 isitfadəçilərinin 12,24 %-i kompyuterlərinin zərərverici PT tərəfindən yoluxdurması cəhdlərinin hədəfi olub.  

 

ESET şirkəti şübhəli sayt və linkləri inkar etmək, əməliyyat sistemi və digər proqramları vaxtı-vaxtında yeniləmək, habelə PK və mobil cihazlarınızı müasir antivirus proqram təminatı ilə müdafiəsini təmin etməyi tövsiyyə edir.

 

Azərbaycan üzrə kiber təhdidlərinin reytinqi

 

Dünya üzrə kiber təhdidlərinin reytinqi

 

Вся лента