Rusiyadan Azərbaycana pul köçürmələri kiçilib - Böyük azalma

14:06 - 22.06.2020


22  iyun, Fineko/abc.az.   2020-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana pul köçürmələri 95 milyon 228 min dollar təşkil edib.

ABC.AZ interfaks-a istinadən xəbər verir ki, bu barədə  Mərkəzi Bankdan məlumat verilib.

2019-cu ilin birinci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslər 133 milyon 786 min dollar vəsait köçürmüşdülər. Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 28,8% azalıb.

Qeyd edək ki, Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb.

Вся лента