Bu obyektlərdə pozuntular aşkarlanıb - Siyahı

14:27 - 22.06.2020


 22  iyun, Fineko/abc.az.   Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 124 ictimai iaşə obyekti, 186 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Qəbələ rayonunda Qəribov Elxan Həmdiyə oğluna məxsus “Elxan həftə bazarı”

Neftçala rayonunda Lətifov Qalib Heydər oğluna, Dadaşov Qəni İsrafil oğluna, Mirzəyeva Vüsalə Əlipaşa qızına və Sultanov Rəşad Rauf oğluna məxsus ərzaq mağazaları

Şamaxı rayonunda “Türk yarpaq dönəri” restoranı, “Sarvan” market, “Ülvi” market, “VİP” market, “Ruzi” market, “Bəyaz” market

İsmayıllı rayonunda “Göl istirahət guşəsi” restoranı

Ağstafa rayonunda Kosayev Qara Mirzə oğluna məxsus kafe

Quba rayonunda Hacıyev Qoşqar Zamir oğluna və Ramazanov Natiq Qulammirzə oğluna məxsus ərzaq mağazaları

Beyləqan rayonunda “Xan qızı” restoranı, “3 qardaş” kafe, “Beta” ərzaq mağazası və “Oba” market

Zərdab rayonunda “Balıq” restoranı         
 

Вся лента