Azərbaycanın 5 ayda ən çox məhsul ixrac etdiyi ölkələr - Siyahı

15:13 - 22.06.2020


22  iyun, Fineko/abc.az.  2020-ci ilin yanvar-may aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.

 Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.

 5 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 428,7 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 249,6 milyon dollar, İsrailə isə 311,1 milyon dollar olub.

 Müəllif: Elmir Murad

Вся лента