Mənzillərin sayğaclaşdırılması üçün tender keçirilir

11:36 - 23.06.2020


23 iyun, Fineko/abc.az. “MİDA” MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində və Sumqayıt şəhəri, 41-ci məhəllədə 0,76 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillərin sayğaclaşdırılması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 400 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 13.07.2020 17:30 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21.07.2020 17:30 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 22.07.2020 17:30 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Vəliyev Zahid

Telefon: (994 12) 594-54-01 (238)

 

Вся лента