COVİD 19-un ən çox yayıldığı rayonlar – Siyahı

14:47 - 23.06.2020


23 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, statistik göstəricilər koronavirusinfo.az saytında qeyd olunub.

Məlumata görə, Abşeronda yoluxma 15.3 faiz, Gəncə-Qazax bölgəsində 10.3 faiz, Aranda 8.1 faiz, Lənkəranda 6.4 faiz, Quba-Xaçmazda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.2 faiz, Dağlıq Şirvanda 1.5 faiz təşkil edib. Naxçıvanda yoluxma 0.03 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.9 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Elmir Murad

 

Вся лента