Neft ucuzlaşır, Brent barel başına $42,50 səviyyəsində ticarət edilir

10:02 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Ötən günkü azalmadan sonra  neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarəti zamanı azalır.

9:15-də London ICE Futures birjasında Brentin  avqust fyuçersi $0,13 (0,3%) – barel başına $42,50 səviyyəsinə düşdü. İyunun 23-də keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent-in fyuçers qiyməti $0,45 (1,1%) – barrel başına $42,63-ə düşüb.

9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,23 (0,57%) – barel başına $40,14-ə qədər düşüb. İyunun 23-də keçirilən hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $0,08 (0,2%) – barel başına $40,37-dək azalıb.

 

Вся лента