Bir müddətdir bağlanan Bibiheybət yolu açıldı

10:38 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yol dünən gecədən istifadəyə verilib: “Dünən gecə yol asfaltlandıqdan sonra istifadəyə verilib. Yoldan şəhərə giriş-çıxış tam bərpa olunub”.

 

Вся лента