Avro dollar qarşısında bahqlaşmaqda davam edəcək – Proqnoz

10:51 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Avropa İttifaqı ölkələrində və İngiltərə iqtisadiyyatlarına dair bəzi müsbət göstəricilərin açıqlanması, EUR/USD və GBP/USD məzənnələrinin bahalaşmalarına səbəb olub.

ABC.AZ xəbər verir ki, proqnozlara görə, qiymətlər yenə də, əlavə olaraq 1%-ə kimi də bahalaşacaq.

Bununla yanaşı, dolların digər aparıcı valyutalar qarşısında dəyər itirməsi, özünü əlvan metallar bazarlarında da göstərir.

Belə ki, qızılın bir unsiya üzrə qiyməti dəyər qazanaraq, son 7 ilin maksimumunu yeniləyib.

Müəllif: Elmir Murad

 

Вся лента