İran pulu durmadan dəyər itirir – Tümən ilin əvvəlindən 50 faiz ucuzlaşıb

12:28 - 24.06.2020


24 iyun, Fineko/abc.az. İranda milli valyuta dollar qarşısında durmadan dəyər itirməkdədir.

ABC.AZ xəbər verir ki, ötən gün İranda bir dollar iyirmi min tümənə dəyişdirilib ki, bu da ölkə tarixində milli valyutanın dollar qarşısında ən aşağı dəyəri hesab edilir.

Müqayisə üçün qeyd edək ki, İranda 1 ABŞ dollarının 2018-ci ilin aprel ayında 4 min tümən səviyyələrindən 6 min 100 tümənə çıxmışdı.

Qeyd edək ki, İranın pul vahidi ilin əvvəlindən bu yana dollar qarşısında 50% dəyər itirib.

Müəllif: Elmir Murad

 

Вся лента