“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən həyata keçirilən ixrac açıqlanıb – Həcm

15:18 - 24.06.2020


24 iyun, Fineko/abc.az. İstismara veriləndən 2020-ci il iyunun 1-dək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 milyon tondan çox neft (kondensatla birlikdə), ixrac olunub.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, bununla yanaşı 295,2 milyard kubmetr təbii qaz hasil edilib.

Bu yataqlardan 538,6 milyon ton neft (kondensatla birlikdə), 82,6 milyard kubmetr təbii qaz isə ixraca nəql olunub.

 

Вся лента