Bir ildə 52 min manat ziyan edən BOKT – Hesabat

10:23 - 25.06.2020


25 iyun, Fineko/abc.az. “Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 52 min manat zərərlə başa vurub.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə BOKT-un maliyyə hesabatında qeyd olunub.

Bildirilib ki, bu, 2018-ci illə müqayisədə təxminən 33% çoxdur.

Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 263 min manat olub ki, bu da illik müqayisədə 15,4% azdır. Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 90,9% azalaraq 1 min manata, balans kapitalı isə 13% azalaraq 262 min manata düşüb.

Qeyd edək ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Səxavət İmanov və Vüsal Tağıyevdir.

 

Вся лента