Bu qurum 3 gün işləməyəcək

12:34 - 25.06.2020


25 iyun, Fineko/abc.az. 26 iyun Silahlı Qüvvələr Günündə DOST mərkəzləri və 142 Çağrı Mərkəzi fəaliyyət göstərməyəcək.

ABC.AZ-a bu barədə DOST Agentliyindən bildirilib. Qeyd olunub ki, 27-28 iyun tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün həmin günlər də qeyri-iş günüdür:

“29 iyundan yenidən xidmətinizdəyik”.

Qeyd edək ki, Nazirlər kabineti yanında Operativ qərargahın qərarına əsasən 5 iyul tarixinədək vətəndaş qəbulu aşağıdakı şəkildə həyata keçirilir:

Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılır; Vətəndaşların yerində qəbulu dayandırılır; Mərkəzlər və 142 – “Çağrı Mərkəzi” şənbə və bazar günü fəaliyyət göstərmir.

Müəllif: Elmir Murad

 

Вся лента