İpoteka kreditləri azalıb – 20 faizdən çox

16:56 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 74,6 milyon manat ipoteka krediti verilib.

ABC.AZ-ın report-a istinadən məlumatına görə, bu barəd Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 9,6 dəfə azalaraq 12,6 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 87,5 % artaraq 75 mln manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,6 milyon manat olub.

 

Вся лента