Parklarda insanlar bir yerə toplaşmasın – TƏBİB rəsmisindən çağırış

17:15 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Bəzi vətəndaşlar bu xəstəliyin çox ciddi və ağır olduğunu dərk edir və qaydalara əməl edirlər.

ABC.AZ-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, məsuliyyətli vətəndaşlar bizə bildirirlər ki, bəzi şəxslər arxa küçələrdə, məhəllələrdə toplaşır, qaydalara əməl etmirlər: "Gənclərimiz bu xəstəliyi yaşlılara yoluxdura biləcəyini bilməlidir. Uşaqlar xəstələnmədən bu xəstəliyin ötürücüsü olurlar. Xahiş edirik, parklarda insanlar bir yerə toplaşmasın, sosial məsafə qorunsun. Əgər karantin günlərində də qaydalara əməl etməsək, iki həftəlik qapanmadan sonra da yoluxanların saylarının azalmasını görməyə bilərik".

 

Вся лента