Rabitəbankdan yeni kampaniya - PULSUZ KARTMANE

14:45 - 27.06.2020


27  iyun, Fineko/abc.az.  “Rabitəbank” 27-ci fəaliyyət ili münasibətilə yeni kart əldə etmək istəyənləri sevindirəcək.

Kampaniya çərçivəsində yalnız 1 gün, yəni 30 iyun, “Rabitəbank” 27-ci yaşında 27 yaşı olan şəxslərə pulsuz Kartmane verəcək. Bu kampaniya yalnız rəqəmsal kanallarla Kartmane sifarişinə şamil olunur. Müştərilərinə rahat bankçılıq imkanları təqdim edən “Rabitəbank”ın üstünlüklərlə zəngin Kartmane kartını bankın rəsmi saytından, “Rabitabank Mobile” tətbiqindən və Teleqram&Mesencer üzərindən “RabitaBot” vasitəsilə sifariş etmək mümkündür. Həm debet, həm kredit kart seçimi olan Kartmanenin üstünlükləri nələrdir? 



Özündə çoxlu sayda üstünlükləri toplayan unikal Kartmane kartı ilə müştərilərimiz dünyanın istənilən yerində YDM-lərdən 10%, bütün kafe və restoranlardan 5%, bütün alış-verişlərə 2%, partnyor şəbəkələrindən 30%-dək keşbək əldə edə biləcəklər. Kartmanenin üstünlükləri bununla bitmir. Kartmane  Azərbaycanda 100 gün güzəşt müddətli ilk kredit kartıdır. Siz həm xərclədikcə qazanacaqsınız, həm də xərclədiyinizi tam 100 gün sonra geri ödəyə biləcəksiniz.



 

Kartmaneni harada olmağınızdan asılı olmayaraq onlayn sifariş vermək üçün www.rabitabank.az saytına daxil olmaq və ya Rabitabank Mobile tətbiqini yükləməyiniz kifayətdir. Kartmane haqqında yeniliklərdən, partnyor mağazadakı xüsusi güzəştlərdən və kampaniyalardan ilk xəbərdar olmaq üçün Kartmane Teleqram kanalına abunə ola bilərsiniz. https://t.me/KartmaneAZ

 

"Rabitəbank", Azərbaycanın 16 regionu Bakı şərində 25 xidmət ntəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 mrəli Çrkəzi ilə müşrilərin xidmətindədir.

Вся лента