Ötən həftə düşdükdən sonra neft qiymətləri azalmağa davam edir, Brent bir barelə $40,15-a düşüb

09:49 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri dünyada COVİD-19 yoluxmalarının yeni dalğası barədə xəbərlər fonunda bazar ertəsi günü hərracda aşağı düşür.

Saat 9:10-da London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersi $0,87 (2,12%) – barel başına $40,15-ə qədər ucuzlaşıb. İyunun 26-da hərracların nəticələrinə görə, Brent-in avqust ayına olan fyuçersinin qiyməti 0,03 (0,07%) - barel başına $41,02-ə düşüb.

Saat 9:10-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,71 (1,84%) – bir barelə $37,78-ə qədər aşağı düşdü. İyunun 26-da hərracların nəticələrinə görə, WTI-nin avqust ayı müqavilələrinin dəyəri $0,23 (0,6%) – barel başına $38,49-a düşüb.

 

Вся лента