POS-terminalların sayı kəskin azalıb – Hesabat

10:26 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Azərbaycanda POS-terminalların sayı açıqlanıb.

ABC.AZ-ın Mərkəzi Bankın statistikasına istinadən məlumatına görə, 2020-ci ilin may ayında Azərbaycanda POS-terminalların sayı 1641 ədəd, yanvar - may dövründə isə 12 min 441 ədəd azalaraq 55 min 27 ədədə düşüb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk 3 ayında cəmi POS-terminalların sayı 3 min 659 ədəd artaraq çart ayının sonunda 71 min 127 ədədə çatmışdı.

Növbəti aylarda POS- terminalların sayı azalıb. Cəmi POS-terminalların sayı aprel ayında 14 min 459 ədəd, may ayında isə 1641 ədəd azalıb. Aprel-maydakı cəmi  azalma 16 min 100 ədədir.

Müəllif: Elmir Murad

 

Вся лента