Xam neftin satışından 51,1 milyard manat qazanan şirkət - 1 ildə

11:17 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Bildiyiniz kimi SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.

2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə olunub.

Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınıb ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olub. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olmuş, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlib.

Müəllif: Elmir Murad

 

Вся лента