Ən çox mal Rusiyaya ixrac edilib - Ötən ay

14:21 - 30.06.2020


30 iyun, Fineko/abc.az. 2020-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixrac 172,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 17,8 faiz azalma deməkdir.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında qeyd edilib.

Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2 milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

 

Вся лента