Əcnəbilər bank kartları ilə 256 mln manat əməliyyat aparıb – 5 ayda

16:21 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Bu ilin mart ayından etibarən Azərbaycana gələn əcnəbilərin sayında azalma müşahidə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, buna səbən koronavirusun kütləvi yayılması və pandemiyanın elan olunmasıdır.

Buna görə də 2020-ci ilin may ayında xarici vətəndaşların ölkədə bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 24,3 mln. manat təşkil edib. Qeyd edək ki, ümumilikdə isə bu ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 256 mln. manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента