Sərt karantin rejimi daha 2 həftə uzadıla bilər - Təklif var

18:10 - 30.06.2020


30  iyun, Fineko/abc.az.  İyulun 5-dən sonra karantin rejiminin iki həftəlik yenidən uzadılması üçün təkliflər var.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın keçirilən brifinqində deyib.
O bildirib ki, dünya miqyasında koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil: "Qarşıda bütün dövlətləri qeyri-müəyyənlik gözləyir, virusa necə qalib gəlinəcəyinə dair konkret cavab yoxdur. Yoxsulluq, işsizlik, aclıq kimi problemləri koronavirus daha da ağırlaşdırır. Ekspertlərin fikrincə, dünya iqtisadiyyatını 1933-cü ildən bəri görünməyən bir tənəzzül gözləyir. Dünyanın hər bir yerində koronavirus tam aradan qalxmayınca dünyanın başqa bir yerində rahat olmaq mümkün olmayacaq. Müəyyən ölkələrdə açılmalar olandan sonra virusun yayılmasına görə yenidən qapanmalara gedildi".

Müəllif: Elmir Murad

Вся лента