Azərbaycanda şəxsi istifadə üçün siqaret idxalına limit sərtləşdiriləcək

12:43 - 19.01.2018


19 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi, aksizsiz tütün məmulatlarının qeyri-qanuni idxalı və satışı ilə mübarizə üçün təkliflər hazırlayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə, mövcud qaydalar, vətəndaşlara, şəxsi istifadə üçün 3 blok siqaretin ayda bir dəfə gətirilməsinə imkan yaradır.

“Yeni təklif, miqdar dair limiti əks etdirir. Həmin təklifə əsasən, vətəndaşlar şəxsi istifadə üçün yalnız bir blok siqaret ayda bir dəfə gətirə biləcəklər”, - A.Əliyev belə deyib.

Onun sözlərinə görə, bu təklif Azərbaycan Parlamentinin yaz sessiyasında müzakirə olunacaq.

“Bu təklif dəstəklənərsə, idxal üçün yaş məhdudiyyətinə aid növbəti təklifi irəli sürəcəyik. Hazırda yaş həddi yalnız siqaret satışında tətbiq edilir”, -  deyə A.Əliyev bildirib.

 

 

Вся лента