Koronavirusa yoluxduğundan şübhələnənlər aptekə getməsin - Tövsiyyə

19:09 - 30.06.2020


30  iyun, Fineko/abc.az.  Artıq poliklinikalarda da test üçün nümunə götürüləcək, bunun üçün işlər aparılır. 

ABC.AZ-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib. 

Buna baxmayaraq o bildirib ki, koronavirusa yoluxmadan şübhələnən şəxslər poliklinikaya getməməlidir: "Çünki bununla digər insanları yoluxdura bilərlər. Həmin şəxslər poliklinikaya zəng edərək məlumat verməlidirlər. Poliklinika əməkdaşları xüsusi geyimdə gəlib onlardan nümunə götürəcək. Testi pozitiv çıxmış şəxs daimi müşahidə altında saxlanılacaq və vəziyyəti ağırlaşmağa doğru gedərsə, onlar xüsusi tibbi yardım xidməti avtomobili ilə müvafiq xəstəxanaya aparılacaq".

Вся лента