Qaydaları pozmağa cəhd etmiş 1223 nəfər cərimələnib – Polisdən açıqlama

12:35 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1223 nəfər cərimələnib.

Baş Dövlət Yol Polisi İdarəsindən ABC.AZ-a verilən məlumata görə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 315 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 800 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

 

Вся лента