“Unibank” 2017-ci ili 4,044 milyon manat həcmində mənfəətlə başa vurub

16:18 - 19.01.2018


19 yanvar, Fineko/abc.az. Azərbaycanın kommersiya bankı olan “Unibank” 2017-ci il fəaliyyətinin nəticələrini açıqlayıb.

Bankın məlumatında deyilir ki, “Unibank” keçən ili  4,044 milyon manat həcmində mənfəətlə başa vurub.

“Bankın  nizamnamə kapitalı 2016-cı illə müqayisədə  1,8 dəfəyə yaxın artaraq, 126 milyon  985 min manata çatıb . Məcmu kapital 67 milyon 488 min manatadək artıb”, - bankın məlumatında belə deyilir.

Məlumatda bildirilir ki,  “Unibank”, 32 filialı ilə 870 000 müştəriyə xidmət göstərir.

Ümumi kredit portfelinin həcminin azalmasına baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə  2,6 dəfə artıb.

Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. Unibank əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.

“Dövlət İpoteka Fondunun vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə illik satış 2 dəfədən çox artmaqla yanaşı, portfelin həcmi 50 milyon manatı keçib.

Bankın qeyri -faiz gəlirləri və pul köçürmələrinin həcmi 115% artıb. Plastik kartların sayında il ərzində 20%-dən çox artım olub.

 

Вся лента