“Göyəzən” ASC-nin icra orqanı istefaya göndəriləcək – İclas keçiriləcək

10:55 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Avqustun 7-də “Göyəzən” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə “Göyəzən” ASC-nin hazırkı icra orqanının cəmiyyətin fəaliyyətinə aid ümumi yığıncağın qarşısında hesabatının verilməsi, ASC-nin hazırkı icra orqanının istefaya göndərilməsi, “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin) seçilməsi məsələləri daxildir.  Yığıncaq  saat 10.30-da keçiriləcək.

Müəllif: Elmir Murad

 

Вся лента