Almaniya bu ölkələrin vətəndaşları üçün sərhədlərini açdı – Siyahı

11:37 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Almaniya bəzi ölkələrin vətəndaşları üçün koronavirusa görə ölkəyə daxil olma məhdudiyyətini iyulun 1-dən ləğv edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlərin mərhələli şəklidə aradan qaldırılması, Avropa İttifaqının 11 qeyri üzv ölkəsinə, o cümlədən, Avstraliya, Gürcüstan, Yaponiya, Kanada, Çernoqoriya, Yeni Zelandiya, Cənubi Koreya, Tayland, Tunis, Uruqvay və Çinə aid olacaq.

Müəllif: Elmir Murad

 

Вся лента