Bakıda 134 saylı marşrutun hərəkət trayektoriyası dəyişdirilib

19.01.2018,15:33


19 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) 134 saylı paytaxt marşrutunun hərəkət sxemini dəyişib.

BNA-dən verilən məlumata əsasən, marşrut, Fatmayı bağları sahəsindən “Azadlıq prospekti” metro stansiyası istiqamətində hərəkət edirdi.

“Dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları – “Sədərək” ticarət mərkəzi  istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin təlabatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib”, - məlumatda belə deyilir.

Yanvarın 21-dən etibarən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə işləyəcək.

 

Ключевые слова: BNA Nəqliyyat Agentliyi