BP Azərbaycanda kəşfiyyat işlərini dayandırmayacaq – Mühüm açıqlama

14:50 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Bir sıra ölkələrdə tədqiqat-axtarış işlərinin dayandırılmasına baxmayaraq, Böyük Britaniyanın BP şirkəti Azərbaycanda kəşfiyyat işlərinin davam etdirir.

ABC.AZ-ın apa-ya istinadən verdiyi məlumata görə, bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, "Şəfəq-Asiman" dəniz blokunda hazırda kəşfiyyat quyusu qazılır və işlərin bu ilin sonuna başa çatdırılması planlaşdırılır: "Bu işlərin bitməsindən sonra hasilat məsələsinə baxılacaq".

 

Вся лента