BP üzərinə götürdüyü öhdəliklərə sadiqdir – Bəxtiyar Aslanbəyli

14:54 - 2.07.2020


2 iyul, Fineko/abc.az. BP "Abşeron" (SWAP) perspektiv sahədə ilk kəşfiyyat quyusunun qazmasına hazırlaşır və D230 perspektiv strukturda aparılmış seysmik tədqiqatlarının emalı ilə məşğuldur.

ABC.AZ-ın apa-ya istinadən verdiyi məlumata görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarının işlənilməsi layihəsi çərçivəsində BP üzərinə götürdüyü öhdəliklərə sadiqdir və bu blokda hasilatı davam etdirir, hasilat baxımından da burada sabit bir vəziyyət müşahidə olunur.

"Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensan yatağının işlədilməsinin ikinci mərhələsi çərçivəsində də işlər uğurla davam etdirilir və başa çatmaqdadır", - deyə BP-nin vitse-prezident əlavə edib.

 

Вся лента