Azərbaycanın Maliyyə Nazirliyi 35 milyon manat həcmində qısamüddətli istiqrazları satışa çıxaracaq

17:01 - 19.01.2018


19 yanvar, Fineko/abc.az.  Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan verilən məlumata əsasən, hərrac yanvarın 23-də keçiriləcək.

“Emissiyanın həcmi 35 milyon manat təşkil edəcək, hər istiqrazın nominal dəyəri 100 manatdır. İstiqrazların tədavül müddəti 364 gün təşkil edir. Anderrayter qismində “Paşa Kapital İŞ” QSC çıxış edir”, - məlumatda belə deyilir.

 

 

Вся лента