Fond Nazirlər Kabinetinə müraciət etdi – Əmanətlərin qaytarılmasını istəyir

15:33 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bağlanan banklarda qadağa olan zaman qəbul edilən əmanətlərin məsələsinin həll edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə iyulun 6-da problemli əmanətçilərlə görüşdə Əmanətlərin Sığortalanma Fondunun icraçı direktoru Tural Piriyev məlumat verib. Söhbət banklara əmanət qadağası qoyulan dövrdə qəbul edilən əmanətlərin qaytarılmasından gedir. Belə ki, əmanətlərin sahibləri haqlı olaraq bildirir ki, onlar belə qadağanın olmasından xəbərsiz olublar, banklar isə bunu gizlədiblər. Mərkəzi Bank və Fond da bu məsələdə əmanətçilərin günahsız olduğunu qəbul edir və Nazirlər Kabinetinə müraciətin səbəbi  də odur ki, hökumət Konstitusiya Məhkəməsinə müraciət edərək qanunvericiliyin şərhini alsın. Bu qərar əsasında həmin əmanətçilərin pulları qaytarılacaq. 

Qeyd edək ki, bu gün bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçiriblər və bundan sonra onları ƏSF-də qəbul ediblər. Görüşdə əmanətçilər bölünən əmanətlərlə bağlı problemi qaldırıblar. Fond rəhbərliyi bu məsələnin də yaxında həll olunacağını bildirib. 

 

Вся лента