Rusiyanın neft ixracı azalıb – 3 faiz

15:29 - 7.07.2020


7 iyul, Fineko/abc.az. 2020-ci ilin 5 ayında (yanvar-may) şimal qonşumuz Rusiyanın neft ixracında azalma yaranıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə qonşu dövlət 104,4 milyon ton neft ixrac edib.

Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır.

Hesabat dövründə ixrac edilən neftin dəyəri 33,7 milyard ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 33% azdır.

Müəllif: Elmir Murad

 

Вся лента