Azərbaycanda daxili turizm və ekskursantların sığortalanmasının inkişafı təklif edilib

22.01.2018,11:18


22 января, Fineko/abc.az. Otellər və Restoranlar Assosiasiyası (DAIR), ölkədə səyahət edən  daxili turistlərin və ekskursantların sığortalanmaması faktından narahatlığını bildirir.

Assosiasiyanın məlumatında bildirilir ki, həm daxili turistlər, həm də xaricə səyahət edən turistlər  müxtəlif fors-major hallar və təhlükələrlə qarşılaşa bilərlər.

“Buna baxmayaraq, ölkənin regionlarına səfər edən turistlər arasında sığortalananların sayı olduqca azdır. Turistlər səfər zamanı onların səhhətinə, əşyalarına vurulan hər hansı ziyanla və yaxud digər şəxslərə eytiyyatsızlıqdan vura bildiyləri zərərlə uzləşdiyi zaman həm özlərinə, həm də turizm agentliyinə, nəqliyyat şirkətinə, yerləşdiyi otelə problemlər yarada bilər. Bu risklərin minimuma endirilməsinin üsullarından biri də sığortadır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Assosiasiyanın araşdırmasına görə, güvvədə olan “Turizm haqqında” və “Sığorta fəaliyyəti haqqında” AR Qanununlarında turistlər üçün nəzərdə tutulmuş səfər sığortasına çox az diqqət yetirilir. Daxili turistlər və səyahətlər haqqında heç bir qeyd yoxdur.

Bu Qanunlarda səfər sığortası anlayışı açıqlanır və turistin sığortalanmasına, yalnız onun tələbilə, turizm şirkətləri tərəfindən köməklik göstərilməsi qeyd edilmişdir.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci fəsilində isə səfər sığortası haqqında heç bir qeydlər göstərilməyiblər. Hazırda qəbul edilməsi gözlənilən “Turizm haqqında” AR Qanunun layihəsində turistlərin təhlükəsizliyinə və turizm sahəsində istehlakçıların sığortalanmasına dair müvafiq maddələr ayırılmışdırlar. Yalnız yeni Qanunda da daxili turistlərin və ekskursantların sığortalanmasına az diqqət yetirilir”, - məlumatda belə deyilir.

Assosiasiya bir sıra sığorta şirkətlərinə müraciət etmiş və turistlərin səfər sığortası üçün hansı təkliflərinin olmasını da araşdırmışdır. Əminliklə demək olar ki, əksər qabağcıl sığorta şirkətləri xaricə gedən turistlər üçün xidmətlər təklif edir. Yalnız daxili turistlər və ekskursantlar üçün xüsusi sığorta xidmətlərinin təklifləri azlıq təşkil edir. Bir çox sığorta şirkətləri belə xidmətləri ümumiyyətlə təklif etmir. Yəni, bu növ sığorta məhsulları belə şirkətlər tərəfindən hazırlanmayıb, bu isə onu göstərir ki, bu cür xidmətlərə turizm bazarında maraq olduqca aşağıdır.

Assosiasiya ilə SSB sığorta brokeri  daxili  turistlər və ekskursantların səyahət zamanı  xüsusi  sığorta xidmətlərinin göstərilməsi  üçün birgə layihələr həyata keçirəcəklər. Turizm sığortası portalının yaradılmasına dair razılaşma  da əldə edilmişdir.

 

 

Ключевые слова: DAIR sığorta turizm