Azərbaycan Turizm Assosiasiyası Hindistanda nümayəndəlik açır

11:41 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AzTa) fəaliyyətini ölkədən kənarda genişləndirməyi planlaşdırır.

AzTa-nın rəhbəri Nahid Bağırov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, Assosiasiyanın, gələn il üçün qarşıda duran məsələlərindən biri, 2017-ci ilin yekununda 20%-ə çatan turist axınının artmasına şərait yaratmaq məqsədilə, Azərbaycanın xaricdəki turizm potensialının təbliğatıdır.

«Hazırda Azərbaycanın Turizm Assosiasiyasının nümayəndəlikləri Dubay, Ukrayna, Türkiyə və Malayziyada fəaliyyət göstərir. Növbəti nümayəndəlik Hindistanda açılır. Nümayəndəlik, Satte 2018 Turizm Sənayesi Beynəlxalq Sərgi çərçivəsində imzalanacaq Əmədkaşlıq haqqında memorandum əsasında, Dehlidə açılacaq”, - N.Bağırov belə deyib.

Onun sözlərinə görə, memorandum, Hindistanın Turizm Assosiasiyasının rəhbərliyi ilə yanvarın 30-da Dehli şəhərində imzalanacaq. “Hindistanda assosiasiyanın nümayəndəliyinin açılışı son dövrdə Hindistanlı turistlər arasında tələbatının artması ilə bağlıdır”, - N.Bağırov belə deyib.

SATTE 2018 Travel Mart Turizm Məhsulları və Texnologiyaları Beynəlxalq  Sərgisi yanvarın 31-dən fevralın 2-nə qədər, Dehlidə, ölkə hökuməti və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

 

Вся лента