Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!

21:25 - 8.07.2020


8  iyul, Fineko/abc.az.  İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “ Azercell Telekom” MMC “Umico” ilə əməkdaşlığı çərçivəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Mobil operator iyul ayının 15-nə kimi balanslarını onlayn ödəmə (kredit və ya debet kartları ilə) və ya xüsusi ödəniş terminalları vasitəsilə artıran Fakturasız xətt abunəçilərinə 1,4% civarında keşbək hədiyyə edir. 

 

Kampaniyadan faydalanmaq çox asandır: Android və IOS əməliyyat sistemlərini dəstəkləyən “Umico”  mobil tətbiqini AppStore və ya PlayStore-dan yüklədikdən sonra müvafiq  Azercell nömrəsi  ilə qeydiyyatdan keçərək hər balans artırılmasından sonra 3131 qısa nömrəsindən daxil olan  SMS-ə 24 saat ərzində təsdiq cavabı vermək kifayətdir.

Xatırladaq ki,  Azercell müştəriləri Umico-dan istifadə edərək çox saylı üstünlüklərdən yararlana bilərlər.  Həm Fakturasız,  həm də Fakturalı Xətt  istifadəçiləri tətbiqdə “Daha çox – Onlayn Xidmətlər” bölümündən istifadə edərək,  topladıqları bonusları öz və ya digər Azercell abunəçisinin balansına yükləmək imkanına malikdirlər. 

 Kampaniya çərçivəsində ödəmə üsulları ilə https://www.azercell.com/az/personal/services/payment_balance/umico/ keçidə daxil olaraq tanış ola bilərsiniz. 


 

Вся лента