Daşınmaz əmlakın icbari sığortasının yığımları kəskin azalıb - Əsas səbəb pandemiyadır

12:12 - 9.07.2020


9 iyul, Fineko/abc.az. 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər daşınmaz əmlakın icbari sığortası məhsulunda 2019-cu illə müqayəsədə 94% artım aydın şəkildə nəzərə çarpırdı. Lakin pandemiya şəraiti sığorta şirkətlərinin fəaliyyətlərinin fərqli istiqamətdə dəyişdirilməsinə səbəb olub.

ABC.AZ-ın məlumatına görə, bu Azərbaycan Sığortaçılar Assosiasiyasının yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, nəticədə daşınmaz əmlakın icbari sığortası üzrə satış digər aylara nisbətən kəskin şəkildə azalıb. Bu da öz növbəsində qeyd edilən dövr ərzində yığımlara təsir göstərib. İnsanların izolasiya qaydalarına uyğun olaraq bu müddəti evlərində keçirməsi hadisələrin sayının artmasına səbəb olub, nəticədə aprel-may ayları üzrə ödənişlərdə ötən ilin eyni dövrü ilə müqayisədə 7% artım müşahidə edilib. Ödənişlərin əksinə analoji dövr üzrə yığımlarda ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalma özünü göstərib.

 

Вся лента