Bakıdakı bu marketlərdə reyd keçirilib – Siyahı

16:14 - 9.07.2020


9 iyul, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi 47 ictimai iaşə obyekti, 111 ərzaq satışı mağazası olmaqla ümumilikdə 158 müəssisədə reyd keçirib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları “Adore”, “M5”, “Araz supermarket” (M.Hadi küçəsi), “Araz supermarket” (Gəncə prospekti 135), “Araz supermarket” (Gəncə prospekti 26), “Araz supermarket” (R.Əlicanov küçəsi 17), “Araz supermarket” (S.Cəfərov küçəsi), “Araz supermarket” (General Şıxlinski 29/42A), “Azcake”, “Üç qoca”, “Ecomart” marketlər, Əhmədov Nicat Kərim oğluna, Yusifli Ramin Yusif oğluna, Abdurəhimov Elşad Yamin oğluna məxsus ərzaq mağazalarıdır.

Müəllif: Elmir Murad

 

Вся лента