Neft ucuzlaşmağa davam edir, Brent bir barel başına $41,80-a ticarət edilir

10:09 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə günü ticarətində azalmaqda davam edir və həftəni yanacaq tələbinin bərpasının ləngiməsi ilə bağlı narahatlıqlar fonunda mənfi başa çatdıra bilər.

9:20-də London ICE Futures birjasında Brent-in sentyabr fyuçersi $0,55 (1,3%) – barel başına $41,80-ə düşdü. 9 iyul nəticələrinə görə, sentyabr ayına olan Brent-in fyuçers qiyməti $0,94 (2,17%) – bir barel üçün 42,35 dollara düşdü.

9: 20-də  Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,64 (1,62%) - bir barel üçün $38,98-ə endirildi. İyulun 9-da baş tutan hərracların nəticələrinə görə, avqust ayı üçün WTI müqavilələri 1,28 (3,13%) bir barel üçün 39,62 dollara düşüb.

 

Вся лента