Bakı ilə Dehli arasında birbaşa aviarabitə açılacaq

15:42 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AzTa) cari ilin planlarını müəyyənləşdirdi.

AzTa-nın rəhbəri Nahid Bağırov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki,  cari ildə Assosiasiya, hazırda Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ-dən gələn turistlərin rəhbərlik etidiyi turist axınının strukturunu dəyişdirməyi planlaşdırır.

“2018-ci ildə turist axınının əlavə artımı gözlənilir, Turizm Assosiasiyası isə, ölkənin turizm potensialının təbliğ edilməsi prosesinə öz tövhəsini verməyi  və dünyanın digər ölkələrindən turistləri cəlb etməyi planlaşdırır. Biz, xüsusilə  Polşa və İsraildən turist axınının artımını gözləyirik,  çünki yay mövsümündə  bu ölkələrdən həftədə üç dəfə birbaşa çarter uçuşları təşkil etmək planlaşdırılır”, - N.Bağırov belə deyib.

Onun sözlərinə görə,  artan tələb nəticəsində, Turizm Assosiasiyası  həmçinin  birbaşa reyslərin təşkili  haqqında danışıqların aparılması üçün, Hindistandan olan həmkarları ilə  müzakirələr aparacaq.

Dekabrın 30-dan Azərbaycanın Turizm Assosiasiyasının Hindistanda  nümayəndəliyi fəaliyyətə başlayacaq.

 

 

Вся лента