330x110
 

Nüfuzlu şirkət 9 minə yaxın işçini ixtisar edəcək

13.07.2020,10:37


13 iyul, Fineko/abc.az. Pamdemiya səbəbindən "Emirates" hava yolları şirkətində böyük ixtisarlar gözlənilir.

ABC.AZ-ın məlumatına görə, bunu şirkətin rəhbəri Sir Tim Clark deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq 9000 nəfərə yaxın şəxs işdən çıxarılacaq. S.T. Clark qeyd edib ki, xəstəlik səbəbindən işçilərin 15%-ni ixtisar etmək məcburiyyətində qalacaqlar.

"Qlobal hava yolu sənayesi koronavirusdan ciddi bir şəkildə mənfi təsir görüb və əməliyyatlar dayanma nöqtəsinə gəlib" deyə şirkət rəhbəri vurğulayıb.