Azərbaycanda dərman vasitələrinin satışına 14+ məhdudiyyət qoyulur

15:43 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycanda dərman preparatlarının satışına məhdudiyyətlər qoymaq təklif edilib.

Məhdudliyyətlər, “Dərman preparatları haqqında” qanuna düzəlişlərlə nəzərdə tutulub. Həmin düzəlişlərə əsasən, 14 yaşına çatmamış şəxslərə apteklərdən dərman buraxılmayacaq. Düzəlişlər layihəsi Azərbaycan Parlamentinin yaz sessiyasında müzakirə olunacaq.

Bu günə qədər Azərbaycanda belə məhdudiyyətlər qoyulmamışdır.

 

Вся лента