Neft, OPEK+ iclasının gözləntiləri fonunda ucuzlaşır, Brent bir barel üçün $42,93 təşkil edir

11:15 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Bazar ertəsi günü neftin etalon markalarının qiymətləri OPEK+ - in Nazirlər Monitorinq Komitəsinin iyulun 15-nə təyin olunmuş iclasının gözləntiləri fonunda azalır.

Saat 9:30-da London ICE Futures birjasında Brent-in sentyabr fyuçersi $0,31 (0,72%) – barel başına $42,93-ə düşüb. 10 iyul ticatinin nəticələrinə görə, Brentin sentyabr ayına olan fyuçers qiyməti $0,89 (2,1%) – bir barel üçün 43,24 dollara yüksəldi.

Saat 9:30-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,33 (0,81%) – barel başına $40,22-ə qədər düşüb. 10 iyul ticarət nəticələrinə görə, avqust ayı üçün WTI müqavilələri bir barel üçün $0,93 (2,4%) 40,55 səviyyəsinə yüksəldi.

Dow Jones'un məlumatına görə, ötən həftə WTI qiyməti 0,3% ilə aşağı düşüb, Brent isə 1% artıb.

 

Вся лента