Azərbaycan Turizm Assosiasiyası investorları uşaqlar üçün əyləncə mərkəzləri inşa etməyə dəvət edir

15:44 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AzTa) ölkədə turizm biznesinin effektivliyinin təbliğatını aparır.

AzTa-nın rəhbəri Nahid Bağırov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, Assosiasiya,  həm ölkə daxilində, həm də xaricdə biznes nümayəndələri ilə müntəzəm danışıqlar aparır və yaranmış əlverişli şəraiti nəzərə alaraq Azərbaycanda biznesin idarə edilməsinin effektivliyini təbliğ edir.

“Bu yaxınlarda biz, Dubaydan, bundan öncə isə Böyük Britaniyadan olan  nümayəndələrlə belə müzakirələr apardıq.  Biz, yalnız ölkədə biznes-mühitin yaxşılaşması barədə danışmırıq, həmçinin tövsiyyələr də veririk. Məsələn, biz onlara, yalnız mehmanxanalara deyil, həmçinin də əyləncə yerlərinə, xüsusilə də uşaqlar üçün əyləncə məkanlarına investisiya qoymağı təklif edirik, çünki bu məsələ hazırda aktualdır və ailə turizminin tərkib hissəsi olan bu cür məkanların çatışmazlığı müşahidə olunur”, - N.Bağırov belə deyib.

 

Вся лента