Qlobal iqtisadiyyatda korporativ borc artacaq – Proqnoz

12:12 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Bu il COVID-19 pandemiyası fonunda qlobal iqtisadiyyatda korporativ borcun həcmi 1 trln. ABŞ dollarına yaxın artacaq.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, "Janus Henderson" aktivlərin idarə edilməsi şirkətinin "Korporativ Borc İndeksi" adlı araşdırmasına görə, qlobal iqtisadiyyatda bu il ümumi korporativ borc 12% artaraq 9,3 trln. dollara çatacaq.

Ötən il bu göstərici 8,1% artmışdı və bunun əsas səbəbləri kimi şirkətlərin konsolidasiyası, satınalmaları və dividentlərlə səhmlərin alınmasına xərclənən vəsaitlər olub. Lakin bu ilin əsas artım drayverlərinin şirkətlərin daha çox öz maliyyə mövqelərinin qorumaq üçün xərclədiyi vəsaitlər və aldığı borcların olacağı göstərilir.

Qeyd edək ki, araşdırma dünyanın ən yüksək səviyyəli 900 şirkət arasında aparılan təhlillərə əsaslanır.

 

Вся лента