AMB depozit hərracında 150 mln. manat cəlb edib

14:22 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 150 mln. manat cəlb edib.

"AMB iyulun 13-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 150 mln. manat cəlb edib. Hərracda təklif 567,5 mln. manat təşkil edib. Hərrac zamanı ortaçəkili faiz dərəcəsi 6,51% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Вся лента