Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq – İlham Əliyev

14:25 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik.

ABC.AZ-ın məlumatına görə, Bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, bununla bağlı artıq beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib. İ. Əliyev bildirib: "Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, bu hərbi təxribatı kim törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verir və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

 

Вся лента