Azərbaycan, Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində üçüncü yeri tutdu

22.01.2018,15:53


22 yanvar, Fineko/abc.az. Azərbaycan, Dünya İqtisadi Forumunun  illik “İnklüziv inkişaf indeksi 2018”də  inkişaf edən ölkələr arasında üçüncü yeri tutub.

Ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış “İnklüziv inkişaf indeksi”, insanların öz ölkələrində iqtisadi tərəqqinin qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.

Yeni hesabatda Azərbaycan, yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb.

https://www.weforum.org/events/world-economic-forum-annual-meeting-2018/?tab=LiveBlogs&stream=day-before-davos&stream-item=inclusive-development-index-2018